150 general vəzifəsindən azad edilib - Hulusi Akar

150 general vəzifəsindən azad edilib -  Hulusi Akar backend

"Türkiyə Silahlı Qüvvələrindən 2016-cı il iyulun 15-də xain çevriliş cəhdindən indiyədək 150-si general olmaqla 24 256 hərbçi vəzifəsindən azad edilib”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, 1 185 şəxsi heyətlə bağlı inzibati proses davam edir: “FETÖ, PKK/YPG, İŞİD terror qruplaşmaları başda olmaqla bütün təhlükə və təhdidlərə qarşı mübarizə qətiyyətlə aparılır”.

Diaspora