Qonşu ölkədə 26 dərəcə şaxta var, dərslər dayandırılıb

Qonşu ölkədə 26 dərəcə şaxta var,  dərslər dayandırılıb backend

Rusiyanın Çelyabinsk şəhərində kəskin hava şəraiti ilə əlaqədar məktəblərin ibtidai siniflərində dərslər birgünlük ləğv olunub.

Trend-in məlumatına görə, bu barədə şəhərin növbətçi-dispetçer xidməti məlumat verib.

Qeyd olunur ki, səhər saatlarında şəhər ərazisində mənfi 26 dərəcə temperatur qeydə alınıb.

Bununla əlaqədar hər iki növbə üzrə 1-4-cü siniflərdə dərslərin dayandırılması qərara alınıb.

Diaspora