ABŞ Türkiyə XİN-in bəyanatını təkzib etdi: “Bufer zona yaradılmayacaq”

ABŞ Türkiyə XİN-in bəyanatını təkzib etdi: “Bufer zona yaradılmayacaq” backend

Türkiyə Xarici İşlər Nazirliyi Suriyada bufer zonanın yaradılması barədə ABŞ-la razılıq əldə olunduğunu açıqlayıb. APA TV-nin məlumatına görə, nazirliyin aparat rəhbəri Feridun Sinirlioğlu bildirib ki, əgər PYD və İŞİD həmin bölgəyə daxil olsa, həm ABŞ, həm Türkiyə tərəfindən vurulacaq.



Türkiyə XİN-in bu xəbəri bir neçə saat sonra ABŞ Dövlət Departamenti tərəfindən təkzib edilib. Departament təmsilçisi Toner bəyan edib ki, bufer zona yaradılması barədə Türkiyə ilə razılaşma xəbəri əsassızdır. O, ABŞ-ın sadəcə İncirlik hava limanından istifadə etdiyini, əsas hədəflərinin İŞİD-i bölgədən çıxarmaq olduğunu bildirib.
Diaspora