Ərdoğan Azərbaycan da daxil olmaqla bir neçə ölkənin yəhudi ravvinləri ilə görüşüb - VİDEO

Ərdoğan Azərbaycan da daxil olmaqla bir neçə ölkənin yəhudi ravvinləri ilə görüşüb -  VİDEO backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Yəhudi İcması və İslam Ölkələri Ravvinlər İttifaqının üzvlərini qəbul edib.

Türkiyə Prezidenti çıxış edərək söyləyib ki, insanları inanclarına və etnik mənsubiyyətinə görə təcrid edən heç bir yanaşmanı qəbul etmir.

“Sizinlə bir araya gəlməyimdən çox məmnunam. Öz adımdan və millətim adından bütün yəhudiləri salamlayıram. İnanıram ki, ölkəmizdə olduğunuz müddətcə Türkiyənin zəngin mədəniyyətinin, qədim tarixinin, ölkəmizdəki sülh və tolerantlıq mühitinin şəxsən şahidi olmaq imkanınız olacaq.

Bildiyiniz kimi, Fatih Sultan Mehmet İstanbulu fəth etdikdən sonra şəhərin mədəni zənginliyini artırmaq üçün yəhudi icmalarını İstanbula dəvət etdi. Dəvəti qəbul edərək İstanbula gələn yəhudilər bu bənzərsiz şəhərin həyatına böyük töhfə verdilər. Türk torpaqları həm də tarix boyu dünyanın müxtəlif yerlərində zülmə məruz qalan yəhudilər üçün sülh sığınacağı olub”, – deyə R.T.Ərdoğan çıxışında bildirib.

Türkiyənin paytaxtı Ankarada Prezident İqamətgahında keçirilən tədbirə İstanbul, Cənubi Kipr Türk Respublikası, Azərbaycan, İran, Özbəkistan, Albaniya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda və Rusiyadan olan baş ravvinlər iştirak edib.

loading...
Diaspora