Ankara şəhərində polis İŞİD terrorçu qruplaşmasına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirib.
Anadolu Agentliyinin məlumatına görə, paytaxtın 4 rayonunda keçirilmiş əməliyyat nəticəsində 12 nəfər şübhəli qismində həbs olunub. Ölkənin Kilis bölgəsində isə Türkiyədən keçməklə İŞİD sıralarına qoşulmaq istəyən 23 xarici vətəndaş saxlanılıb. Onların ölkə ərazisindən deportasiya olunması üçün tədbirlər görülür.