Putin ABŞ-a xəbərdarlıq etdi

Putin ABŞ-a xəbərdarlıq etdi backend

"Rusiya ABŞ-ın dost olmayan addımlarına cavab olaraq uyğun hərbi-texniki tədbirlər həyata keçirəcək".

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında bildirib.

“Qərbli həmkarlarımız açıq-aşkar təcavüzkar xətti davam etdirərlərsə, biz uyğun cavab olaraq hərbi-texniki tədbirlər görəcəyik. Dost olmayan addımlara sərt cavab veriləcək. Rusiyanın suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə fəaliyyət göstərməyə tam haqqımız çatır”, - o vurğulayıb.

Diaspora