Donetsk vilayətində yerləşən ABŞ-a məxsus özəl hərbi şirkətlər Ukraynanın şərqində kimyəvi maddələr vasitəsilə təxribat hazırlayır.
Axar.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
“Təxribat törətmək üçün Avdeyevka və Krasnı Liman şəhərlərinə kimyəvi tərkibləri naməlum olan tanklar gətirilib”, - Şoyqu bildirib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna xüsusi təyinatlılarına təlim keçmək üçün ABŞ özəl hərbi şirkətlərinə məxsus 120-yə yaxın nümayəndə bölgəyə gəlib.