ABŞ-ın Energetika Nazirliyi neftin qiyməti ilə bağlı bədbin proqnozlar verdi

ABŞ-ın Energetika Nazirliyi neftin qiyməti ilə bağlı bədbin proqnozlar verdi backend

ABŞ-ın Energetika Nazirliyi neftin bu il və 2016-cı ildə qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb.


AZƏRTAC xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, 2015-ci ildə Brent markalı neftin barreli 54,4 dollar, 2016-cı ildə isə 59,42 dollar olacaq. Qurum ekspertləri WTI markalı neftin isə bu il 49,62 dollar, gələn il isə 54,42 dollar təşkil edəcəyini proqnozlaşdırırlar. Bundan əvvəlki ehtimallarla müqayisədə nazirlik neftin qiymətində proqnozları 6-8 dollar aşağı salıb. Buna səbəb kimi İrana qarşı olan sanksiyaların ləğv edilməsidir.
Diaspora