Davos İqtisadi Forumu təxirə salınıb

Davos İqtisadi Forumu təxirə salınıb backend

İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu təxirə salınıb.

Bu barədə Dünya İqtisadi Forumunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, buna səbəb koronavirusun Avropada sürətlə yayılan “Omikron” ştamıdır.

Məlumata görə, tədbirin təxirə salınması ilə əlaqədar iştirakçılara bilgi verilib.

Qeyd edək ki, Dünya İqtisadi Forumunun yanvarın 17-21-də keçirilməsi planlaşdırılırdı.

loading...
Diaspora