AKP və CHP liderləri Türkiyədə ortaq hökumət qurmaq məqsədilə növbəti dəfə görüşəcəklər

AKP və CHP liderləri Türkiyədə ortaq hökumət qurmaq məqsədilə növbəti dəfə görüşəcəklər backend

Türkiyədə yeni hökumətin qurulması üçün Ədalət və İnkişaf Partiyasının (AKP) vaxtı avqustun 23-də başa çatır.



Anadolu Agentliyinin məlumatına görə, Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu arasında ortaq hökumətin qurulması ilə bağlı danışıqlara dair növbəti təkbətək görüş avqustun 17-də keçiriləcək. Bildirilir ki, bu görüşdən sonra AKP-nin və CHP-nin ortaq hökumətin qurulması barədə qərarları məlum olacaq.
Diaspora