Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən çox istifadə olunan e-xidməti hansıdır?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən çox istifadə olunan e-xidməti hansıdır? backend

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iyul ayında ən çox istifadə edilən elektron xidməti “Telefon nömrəsi üzrə axtarış” xidməti olub.



Bir ayda bu xidmətə 70119 dəfə müraciət olunub.

Sözügedən xidmət ölkə üzrə “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan e-xidmətlər sırasında 5-ci yerdə qərar tutub.

E-xidmətdən yararlanmaq istəyən istifadəçi portalda müvafiq xidmətə telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.

Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanını təqdim edir.
Diaspora