Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var

Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var backend

Pakistanın şimal-qərbindəki Xayber-Paxtunxva əyalətində kamikadzenin özünü partlatması nəticəsində azı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Report.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Əfqanıstanla sərhədə yaxın Bacaur ərazisində yerli seçkilər günü törədilib. Ölənlər arasında Avami Milli Partiyasının rayon təşkilatının lideri də var.

Bölgədə fəaliyyət göstərən silahlı qrupların heç biri məsuliyyəti üzərinə götürməyib.

Diaspora