Çin Mərkəzi Bankı “yuan”ın dəyərini ABŞ dolları ilə rəqabət apara bilməsi üçün son üç ildə ən aşağı səviyyəyə endirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu dünyanın ikinci ən güclü iqtisadiyyatına malik Çindən məhsulların ixracına mənfi təsir göstərəcək.
Qeyd edək ki, Çin dünya iqtisadiyyatında öz valyutası üzərində daimi nəzarəti qoruyub saxlamağı ilə tanınır.
Artıq ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp Çinin Amerika iqtisadiyyatına ən böyük təhlükə adlandırıb. Respublikaçı namizəd prezident seçiləcəyi təqdirdə Çin məsələsinə böyük diqqət ayıracağını deyib.