Rusiya Ukraynaya təcavüz etməyəcəyinə zəmanət verməyib

Rusiya Ukraynaya təcavüz etməyəcəyinə zəmanət verməyib backend

Rusiya Ukraynaya təcavüz etməməsi ilə bağlı ABŞ və NATO-nun tələbinə zəmanət verməkdən imtina edib.

“İnterfaks” yazır ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun yaydığı bəyanatda bildirilib.

Rəsmi şəxsin sözlərinə görə, Moskvada müvafiq tələblər yersiz hesab olunur: “Onlar bizdən ərazimizlə bağlı bəzi tədbirlər tələb edirlər ki, bu da həm mahiyyətcə, həm də belə bir tələb şəklində bizə təbii rədd cavabı verməkdən başqa seçim imkanı vermir”.

Onun sözlərinə görə, Rusiya 1994-cü ildə Budapeşt Memorandumunun imzalanması zamanı bütün təminatları verib.

"Bloomberg"in məlumatına görə, Bayden administrasiyası Putinlə danışıqların səmərəsizliyini qeyd edərək, Aİ müttəfiqlərini Ukraynaya genişmiqyaslı müdaxilə edəcəyi təqdirdə Rusiyaya qarşı iqtisadi və enerji sanksiyalarını işə salmağa çağırıb.

Vaşinqton hesab edir ki, konkret sanksiyaların razılaşdırılması Putinə güclü siqnal olacaq.

Bizimyol.info

Diaspora