Avropanın 8 ölkəsi Rusiyaya qarşı: Ən böyük hərbi təhlükə özüdür

Avropanın 8 ölkəsi Rusiyaya qarşı: Ən böyük hərbi təhlükə özüdür backend

Şimali Avropa və Baltikyanı ölkələrin müdafiə nazirləri Qərb dövlətlərinin heç bir halda Rusiyanın Avropada təhlükəsizlik təminatları ilə bağlı təklifləri ilə razılaşa bilməyəcəyini bildiriblər.

“Report” xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Finlandiya, Estoniya, İsveç, Danimarka, Norveç, Latviya, Litva və İslandiyanın hərbi idarələrinin rəhbərləri bildirib ki, Avropa üçün ən böyük hərbi təhlükə Rusiyadır. Həmçinin, nazirlər yekdilliklə hesab edirlər ki, Qərb dövlətləri heç bir halda Rusiya tələbləri ilə razılaşa bilməz.

Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə verilib. Layihənin bəndlərindən biri təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat versin.

loading...
Diaspora