İŞİD terror qruplaşmasının silahlıları ötən gün İraqın qərbindəki Əl Bağdadi şəhərini ələ keçirib. QAZİLƏR saytının “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Əl Cəzirə peyk telekanalı məlumat yayıb. Məlumata görə, şiddətli döyüşlər zamanı İŞİD-in və İraq ordusunun canlı qüvvəsi xeyli itki verib.
Silahlıların şəhərə bir neçə istiqamətdən hücuma keçdiyi qeyd olunur. Döyüşlər zamanı azı 14 hərbçinin həlak olduğu bildirilir. Terrorçuların itkisi barədə məlumat verilmir.Bundan başqa, ABŞ dəniz piyadaları korpusunun 320 mütəxəssisinin iraqlı hərbçilərə təlim keçdiyi “Əyn Əl Asad” aviabazasının yaxınlığında döyüşlərin getməsi barədə məlumat verilir.