"Rusiya prezidenti Vladimir Putin xəbər agentliklərini əsasən Telegram kanallarından oxuyur".
AzVision.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya liderinin heç olmasa bir tik-tok görüb-görməməsi ilə bağlı suala o, “ümid edirəm ki, yox” cavabını verib.
Putinin Telegram kanallarından adətən nə oxumasına gəlincə, Peskov bildirib ki, prezident Telegram kanallarındakı agentlikləri oxuyur.