“YouTube”da fəaliyyət göstərən “VMedia” kanalı ermənilərin Rusiyaya qarşı iradlarını təfsilatı ilə ortaya qoyan videoklip yayımlayıb.
“Report” xəbər verir ki, bunlar ermənilərin Rusiyaya bir növ “çox sağ ol”udur.
Həmin iradlar bunlardır:
- Rusiya tərəfindən erməni kilsələrinin uçurulması;
- Rusiya tərəfindən erməni üsyançılarının silahlarının müsadirəsi;
- Rusiyanın 1921-ci il Moskva və Qars müqavilələrini imzalaması;
- Rusiyanın 44 günlük müharibə zamanı Ermənistana “xəyanət”i.
Xüsusi olaraq göstərilir ki, Ermənistanda çoxdandır ruspərəst kimi ad çıxarmış Respublikaçılar Partiyasının proqram sənədində vaxtilə Almaniyadakı Hitler rejimi ilə yaxından əməkdaşlıq etmiş bədnam Qaregin Njde ideyalarına sədaqət ifadə olunur. Həmçinin yenə də ruspərəst siyasətçi hesab edilən Robert Köçəryan ölkə prezidenti olduğu illərdə Ermənistanda rus dilində təhsilin az qala yerlə-yeksan olduğu diqqətə çatdırılır.