Nigeriyada Borno ştatında bazarda törədilmiş güclü partlayış nəticəsində 50-dək adam həlak olub, daha 52 nəfər isə xəsarət alıb.
QAZİLER.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Sabon yaşayış məntəqəsinin mərkəzi bazarında baş verib. Məlumata görə, partlayıcı qurğu meydanın ortasına quraşdırılıbmış.Hələlik heç bir təşkilat partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.