2024-cü ildə Qərb Rusiyada hakimiyyəti dəyişməyi planlaşdırır

2024-cü ildə Qərb Rusiyada hakimiyyəti dəyişməyi planlaşdırır backend

Federasiya Şurasının Dövlət Suverenliyinin Müdafiəsi Komissiyası Qərb ölkələrinin Rusiyada hakimiyyəti dəyişmək istəyindən bəhs edən illik hesabat hazırlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.

Sənəddə qeyd edilir ki, bu il keçirilən Dövlət Dumasına seçkilərə müdaxilə cəhdləri daha çox uzunmüddətli məqsədlər güdürdü, məsələn, 2024-cü ildə keçiriləcək prezident seçkilərinə təsir etmək.

Hesabat göstərir ki, Qərb Rusiyadakı seçkilərə xaricdən daha rahat təsir etməyə çalışır. Bu administrasiyanın özü Rusiya xalqlarının təhlükəsizliyi və firavanlığı maraqlarına uyğun deyil. Rusiya Federasiyasını cilovlamaq, onun maksimum dərəcədə zəiflədilməsi yolu kimi düşünülmüşdü”, - deyə müəlliflər qeyd edirlər.

Sənəd bu gün senatorlara təqdim olunacaq.

Qeyd edək ki, noyabr ayında konqresmenlər Stiv Koen və Co Vilson ABŞ Nümayəndələr Palatasına Rusiya prezidenti Vladimir Putinin 2024-cü ildə yeni müddətə namizədliyini irəli sürmək qərarına gələrsə, Rusiya dövlətinin başçısı kimi tanınmaması təklifini təqdim ediblər. Bu təşəbbüsü şərh edən Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, belə hərəkətlər ABŞ-ın Rusiyadan qorxmasından xəbər verir. O, digər ölkələri seçki prosesinə müdaxilə cəhdlərindən çəkindirib.

loading...
Diaspora