Amerika azərbaycanlıları ABŞ-dakı tornado qurbanlarının ailələrinə başsağlığı veriblər

Amerika azərbaycanlıları ABŞ-dakı tornado qurbanlarının ailələrinə başsağlığı veriblər backend

Amerika Azərbaycanlılarının Koordinasiya Şurası (AAKŞ) üzvləri başsağlığı məktubu ilə ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşirə (Andy Beshear) müraciət ediblər.

 

Qaziler.az-ın məlumatına görə, məktubda bildirilib ki, Azərbaycan icması 10 dekabr 2021-ci il tarixində Kentuki, Arkanzas, İllinoys, Missuri, Missisipi və Tennesi ştatlarında baş vermiş güclü tornadonun səbəb olduğu tələfatlara və xəsarət alanlara görə böyük kədər hissi keçirir.

 

“AAKŞ və Azərbaycan icması adından tornado qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Dəhşətli təbii fəlakət nəticəsində xəsarət alanlara şəfa diləyir, çətin günlərin tezliklə arxada qalmasını arzulayırıq. Biz Kentukki üçün dualar edirik!”, - deyə qeyd edilib.

loading...
Diaspora