Fətullah Gülən hərəkatını dəstəkləməkdə və qeyri-qanuni quldur dəstələrinin təşkil edilməsində təqsirli bilinən türkiyəli prokurorlar Zəkəriyyə Öz və Cəlal Qara Ermənistanda gizlənir
Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyənin Artvin vilayətinin valisi Kamal Cirit bildirib.
Vali qeyd edib ki, ötən gün Z.Öz və C.Qara Gürcüstan ərazisindən keçməklə Ermənistanda gizlənib və hal-hazırda bu ölkə ərazisindədirlər.