Ukrayna sərhədçiləri Saakaşviliyə görə cəzalandırılıb

Ukrayna sərhədçiləri Saakaşviliyə görə cəzalandırılıb backend

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri Mixail Saakaşvilinin ölkədən çıxması ilə bağlı daxili yoxlama keçirib, nəticədə idarənin bir sıra əməkdaşları intizam tənbehi alıb.

Apa-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko bildirib.

“Dövlət Sərhəd Xidməti Saakaşvilinin dövlət sərhədinin qanunsuz keçməsinin mümkünlüyü ilə bağlı xidməti araşdırma aparıb. Sərhəd bölməsinin, sərhəd dəstəsinin və Cənub Regional İdarəsinin rəhbərliyinin məsul şəxsləri vəzifələrindən uzaqlaşdırılıb. Araşdırmanın nəticələrinə əsasən, Ukrayna Dövlət Sərhəd Xidmətinin bu bölməsinin bir sıra vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər”, - o bildirib.

A. Demçenko istintaqla bağlı təfərrüatları açıqlamayıb. Bununla belə, o qeyd edib ki, məlumatlar müvafiq ibtidai istintaq orqanına göndərilib və həmin orqan bu faktla bağlı cinayət işi açıb.

Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti, Ukrayna vətəndaşlığı olan Mixail Saakaşvili oktyabrın 2-də Gürcüstanda keçirilən bələdiyyə seçkiləri ərəfəsində gizli şəkildə vətəninə qayıdıb. Mətbuat onun Ukraynanın Çernomorsk şəhərindən Gürcüstanın Poti limanına gedən bərədə yük konteynerində gizlənərək Ukrayna dövlət sərhədini qanunsuz keçdiyini bildirib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin Odessa üzrə departamenti bu faktla bağlı araşdırmaya başlayıb, çünki məlumat bazasında siyasətçinin ölkədən getməsi ilə bağlı heç bir məlumat yoxdur. O, Ukrayna sərhədini qanunsuz keçdiyi üçün inzibati məsuliyyətlə üzləşə bilər. Dövlət sərhədini başqa şəxslərin köməyi ilə keçdikdə, kömək edən şəxslər cinayət məsuliyyəti üzləşir və onları 7 ildən 9 ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir.

loading...
Diaspora