Pakistan “Demokratiya Sammiti”nə qatılmaqdan imtina edib

Pakistan “Demokratiya Sammiti”nə qatılmaqdan imtina edib backend

Pakistan ABŞ-ın “Demokratiya Sammiti”nə dəvətini qəbul etməyib.

Bu barədə Pakistanın mətbuatı ölkənin Xarici İşlər Nazirliyinin mənbələrinə istinadla məlumat veriblər.

Bildirilib ki, Pakistan hökuməti ABŞ-ın bu gün və sabah keçirəcəyi “Demokratiya Sammiti”nə qatılmaqla bağlı üzrlü olduğunu bildirib.

Qeyd edək ki, Pakistanla ABŞ arasında soyuq münasibətlər əsasən Əfqanıstanla və Çinlə əməkdaşlıqla bağlıdır. ABŞ prezidenti Co Bayden seçiləndən indiyə qədər Pakistan baş naziri İmran Xanla danışımayıb. Bundan savayı ABŞ bundan öncə bölgədə iqlim dəyişikliyi ilə bağlı toplantıya da rəsmi İslamabadı dəvət etməmişdi.//SalamNews

loading...
Diaspora