Rusiyanın “Vaqner” qrupuna gözlənilməz zərbə: Qərar verildi

Rusiyanın “Vaqner” qrupuna gözlənilməz zərbə:  Qərar verildi backend

Avropa İttifaqının səfirləri “Vaqner”in özəl hərbi şirkətinə (PMC) qarşı sanksiyaları təsdiqləyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mali və digər Afrika ölkələrindəki fəaliyyətinə görə “Vaqner”ə qarşı sanksiyalar tətbiq etmək planlarını bundan əvvəl Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian gündəmə gətirib. O deyib ki, Avropa İttifaqı Sahel ölkələrində (Burkina Faso, Mavritaniya, Mali, Niger və Çad) yerləşdirilən rus muzdluları üçün mümkün sanksiyaların siyahısını tərtib edəcək.

Sentyabrda Mali hakimiyyətinin terrorçularla mübarizədə “Vaqner” qrupundan kömək istədiyi üzə çıxmışdı. Bundan sonra Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu məlumatı təsdiqləsə də, rəsmi Moskvanın bununla heç bir əlaqəsinin olmadığını demişdi.

Diaspora