Qazaxıstanda rus dilindən məcburi istifadə ləğv edildi

Qazaxıstanda rus dilindən məcburi istifadə ləğv edildi backend

Qazaxıstan parlamentinin Aşağı Palatasının deputatları Senatın vizual informasiya ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş düzəlişlər layihəsinə əlavə və dəyişikliklərlə razılaşıblar.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, bununla da Qazaxıstanda reklamda rus dilindən məcburi istifadə ləğv edilib.

Belə ki, mövcud qanunvericiliyə uyğun olaraq blanklar, lövhələr, reklamlar və digər əyani məlumatlar qazax və rus dillərində, lazım gəldikdə isə başqa dillərdə təqdim edilə bilər. Vizual informasiyanın bütün mətnləri aşağıdakı ardıcıllıqla yerləşdirilir: solda və ya yuxarıda - dövlət dilində, sağda və ya aşağıda - rus dilində, eyni ölçülü hərflərlə yazılır.

Diaspora