"Müharibə bu 3 qaynar nöqtədən birində başlayacaq"- "Wall Street Journal"

"Müharibə bu 3 qaynar nöqtədən birində başlayacaq"-  "Wall Street Journal" backend

"Wall Street Journal"ın köşə yazarı Cerald Seib, ABŞ üçün təhlükə yarada biləcək üç münaqişə riskinin artdığını yazıb. O qeyd edib ki, hazırda Birləşmiş Ştatlar və onun müttəfiqləri təhlükəli anlar yaşayırlar.

"Bəlkə də bir çox amerikalıların düşündüyündən də təhlükəli anlar yaşanır”- yazıb.

Seib ehtimal olunan münaqişələr arasında birinci kimi Rusiyanın Ukraynaya hücumunu vurğulayıb. Arqument olaraq Rusiya hərbçilərinin Ukrayna ilə sərhəd yaxınlığında cəmləşməsini göstərib.

O ikinci mümkün qaynar nöqtə kimi Çinin Tayvanda əməliyyatlara başlamasını qeyd edib.

- Çin prezidenti Si Tszinpin Tayvanı Pekinin nəzarəti altına almaq niyyətini açıq şəkildə ifadə edən Çin liderlərinin sonuncusudur, - nəşr yazıb.

Üçüncü təhlükə isə İranın nüvə proqramı ilə bağlı danışıqların pozulması ehtimalıdır.

-İranın danışıqlardakı aqressiv mövqeyindən və uranın zənginləşdirilməsinin gücləndirilməsindən belə nəticə çıxır ki, Tehran ən azı nüvə həddinə çatmaqda qərarlıdır, - Seib yazıb. O, ABŞ-ın İranın nüvə statusu ilə barışacağını etiraf edib, lakin İsrailin də belə bir vəziyyətlə razılaşacağını istisna edib.

-Bu isə o deməkdir ki, hərbi əməliyyatların perspektivi hər gün daha da kəskinləşir, - deyə müəllif məqaləsini yekunlaşdırıb. 9azvision.az)

Diaspora