Dərbənd meri istefa verdi

Dərbənd meri istefa verdi backend

Dərbənd şəhərinin rəhbəri İmam Yaraliyev istefa verib. QAZİLER.AZ xəbər verir ki, APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, şəhər meriyasından bildirilib ki, istefanın səbəbi günün ikinci yarısında açıqlanacaq.

Qeyd edək ki, daha əvvəl İmam Yaraliyev barəsində federal torpaqların bölüşdürülməsi zamanı vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi başlanıb. Bu il yanvarın ortalarında meriyada axtarış aparılıb. Axtarış torpaq məsələsinə aid sənədlərlə bağlı olub.
Diaspora