Yaponiyada son illərdə “Senday” atom stansiyası işə salınıb

Yaponiyada son illərdə “Senday” atom stansiyası işə salınıb backend

Avqustun 11-də Kaqoşima prefekturasında “Kyushu Electric Power Co.” (KEPCO) şirkəti operatoru olduğu “Senday” atom elektrik stansiyasının (AES) birinci reaktorunu işə salıb. Beləliklə, “Senday” AES son iki il yarımda Yaponiyada fəaliyyəti bərpa olunan ilk AES olub.


Kyodo Agentliyinin məlumatına görə, “Senday” AES-in avqustun 14-dən başlayaraq elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Operator şirkətin bildirdiyinə görə, enerji bloku tam ştat rejimində, heç bir problem yaranmadan işləyir.

Avqustun 10-da Baş nazir Şinzo Abe jurnalistlərə deyib ki, o, KEPCO şirkətinin təhlükəsizliyə xüsusi diqqət yetirəcəyinə və AES-in yenidən işə salınmağa tam hazır olduğuna inanır. Baş nazir, həmçinin bildirib ki, hökumət təhlükəsizlik üzrə dünyada ən sərt tələblərə cavab verən reaktorların yavaş-yavaş bərpasına çalışacaq.

“Fukuisma-1” AES-də baş vermiş nüvə qəzasından sonra bu, ikinci milli AES-in bərpası məqsədilə atılan növbəti addımdır. 2012-ci ili iyulunda hökumətin yerli hakimiyyət orqanları ilə apardığı gərgin danışıqlardan sonra Fukui prefekturasında yerləşən “Oi” AES-in iki reaktorunun fəaliyyəti bərpa olunmuşdu. Lakin bir il sonra yerli hakimiyyət orqanlarının tutduğu sərt mövqe nəticəsində bu reaktorların fəaliyyəti yenidən dayandırılıb və indiyədək bərpa olunmayıb.
Diaspora