ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan edildi

ABŞ-ın Missuri ştatında fövqəladə vəziyyət elan edildi backend

ABŞ-da fövqəladə vəziyyət elan edilib. Lent.az-ın Xarici KİV-ə istinadən məlumatına görə, Missuri ştatında Ferquson qəsəbəsində qara dərili Maykl Brounun öldürülməsinin il dönümünü ilə əlaqədar aksiya keçirilib. 100-dən artıq aksiyaçı qəsəbədə yerləşən Tomas F. Eagleton Fedaral Məhkəməsinə yürüş edərək, binaya girmək istəyib. Lakin aksiyaçılar polis barikadasını aşa bilməyib. Protestlərdə 50-dən artıq vətəndaş saxlanılıb.

Qəsəbənin yerli idarə orqanları hadisələrlə bağlı fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki, keçən il qəsəbədə qara dərili Maykl Broun ağ dərili polis tərəfindən vəhşicəsinə öldürülüb.
Diaspora