Böyük Britaniya hökuməti Cənubi Afrika Respublikasının (CAR) diplomatları üçün viza tələbini ləğv edib.
AZƏRTAC CAR dövlət agentliyinə istinadən xəbər verir ki, CAR hökuməti bunu iki ölkə arasındakı qarşılıqlı miqrasiyanın inkişafında böyük irəliləyiş kimi qiymətləndirir. Gələcəkdə CAR vətəndaşlarının da Britaniyaya vizasiz rejimdə səyahəti planlaşdırırlır. Hazırda Britaniya vətəndaşları CAR-a vizasız rejimdə səyahət edirlər.