Türkiyənin İzmir şəhərində ölkədə fəaliyyətinə qadağa qoyulmuş PKK-nın 16 gənc üzvü həbs olunub. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçirilən əməliyyatda 500 polisin və xüsusi təyinatlının iştirak etdiyi bildirilir.
Əməliyyat bölgənin bir neçə ərazisində keçirilib. Antiterror tədbirinə havadan helikopterlər dəstək olublar. Saxlanılanlardan xeyli silah-sursat və PKK-ya aid gizli sənədlər götürülüb.Araşdırmalara başlanıb. Xatırladaq ki, Türkiyədə antiterror əməliyyatları 39 vilayətdə baş tutub. Həbs edilən minə yaxın şəxsin arasında PKK ilə yanaşı İŞİD üzvləri də var. Onlar ölkədə qarışıqlıq salmaqda və terror aktları həyata keçirməkdə təqsirləndirilirlər.