İlin sonuncu Günəş tutulması başlayıb

İlin sonuncu Günəş tutulması başlayıb backend

İlin sonuncu Günəş tutulması başlayıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu, tam Günəş tutulmasıdır. Saat 09:29:16-da başlayan tutulma hadisəsi 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın, Afrikanın, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, tam tutulma isə Antarktidada müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, ilin ilk Günəş tutulması iyunun 10-da olmuşdu.

Diaspora