Çin "omikron" ştamına qarşı peyvənd hazırlayır

Çin "omikron" ştamına qarşı peyvənd hazırlayır backend

Çində koronavirusun "omikron" ştamına qarşı peyvənd üzərində tədqiqat aparılır.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsinə istinadən məlumat yayıb.

"Çin peyvəndləri koronavirusun əsas ştamlarına qarşı effektivliyini sübut edib. Biz "omikron" ştamına qarşı peyvəndin hazırlanması üzərində fəal işləyirik", - məlumatda deyilir.

Komitənin ilkin hesablamalarına görə, "omikron" delta ştamından daha yüksək yayılma qabiliyyətinə malikdir.

Bundan əvvəl Çinin "Sinovac Biotech" əczaçılıq şirkəti COVID-19 peyvəndini koronavirusun yeni ştamına uyğunlaşdırmağa hazır olduğunu açıqlayıb.

Diaspora