Türkiyədə yeni koalisiya siqnalı: AKP və CHP anlaşmanın bir addımlığında!

Türkiyədə yeni koalisiya siqnalı: AKP və CHP anlaşmanın bir addımlığında! backend

Koalisiya hökumətinin qurulması üçün yolların axtarıldığı Türkiyənin AKP-CHP partiyaları anlaşmanın bir addımlığındadır. APA TV-nin məlumatına görə, ötən gecə baş nazir, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu arasında 4 saat 20 dəqiqə davam edən görüş keçirilib.


Baş nazirin iqamətgahına gələn Kamal Kılıçdaroğlunu Əhməd Davudoğlu qapıda qarşılayıb. İki lider daha sonra bağlı qapılar arxasında danışıqlara başlayıb. Görüşdə AKP-dən mədəniyyət və turizm naziri Ömər Çelik, CHP-dən isə sədr müavini və partiyanın sözçüsü Haluk Koç iştirak edib.

Bir müddət davam edən danışıqlardan sonra iki lider müzakirələri yemək masasında davam etdirib.

Görüşdən sonra Kamal Kılıçdaroğlu partiyasının mərkəzi qərargahına yollanıb.

İki lider arasındakı danışıqlardan iştirak edən partiya təmsilçiləri jurnalistlərə nəticələrlə bağlı məlumat veriblər. Mədəniyyət və turizm naziri Ömər Çelik bildirib ki, iki lider cümə axşamı və ya cümə günü üçüncü və sonuncu dəfə görüşəcəklər.

CHP sədrinin müavini Haluk Koç isə deyib ki, partiyası öz maraqlarını Türkiyə maraqlarından üstün tutmayacaq.

Qeyd edək ki, AKP və CHP heyətləri arasında bundan əvvəl ayrı-ayrılıqda 5 dəfə görüş keçirilib və danışıqlar üst-üstə 35 saata yaxın davam edib. Sonuncu görüş avqustun 3-də keçirilmiş və nümayəndələr partiya sədrlərinə hesabat təqdim etmişdilər.


Diaspora