Avqustun 3-dən 9-dək Yaponiyada 10 mindən çox sakin istivurma və günvurma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə avqustun 11-də ölkənin əsas yanğınsöndürmə idarəsi xəbər verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ötən həftə günvurmadan əziyyət çəkənlərin sayı 11 219 nəfər təşkil edib. Daha bir həftə əvvəl isə eyni səbəbdən bütün ölkə üzrə 11 995 nəfər xəstəxanaya yerləşdirilib.
İsti və rütubətli hava Yaponiyada iyulun əvvəllərində başlayıb. Ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə çatır.