Bəşər Əsədin qardaşı oğlu qətl ittihamı ilə həbs olundu

Bəşər Əsədin qardaşı oğlu qətl ittihamı ilə həbs olundu backend

Suriyanın Latakiya şəhərində Suriya prezidenti Bəşər Əsədin qardaşı oğlu Süleyman Hilal Əsəd qətl törətməkdə ittiham olunaraq həbs edilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, insident avqustun 7-də şəhərin mərkəzində, hərəkətin gur vaxtında baş verib. “Al Watan”ən məlumatına əsasən, zabit Həsən əş Şeyx Bəşər Əsədin qardaşı oğlunun idarə etdiyi avtomaşının irəli getməsinə icazə verməyib. Buna cavab olaraq, Süleyman Hilal Əsəd polkovniki qohumlarının gözü qabağında güllələyərək qətlə yetirib.

Avqustun 8-də qatilin cəzalandırılmasını tələb edən Latakiya əhalisi kütləvi etiraz aksiyaları keçirib.


Məlumata görə, insidentin istintaqının aparılması üçün xüsusi fövqəladə komissiya yaradılıb. Prezident Bəşər Əsəd şəxsən qətlə yetirilən zabitin yoldaşına qatilin cəzalandırılacağını vəd edib.

Qeyd edək ki, Süleyman Hilal Əsəd briqadala generalı Hilal Əsəd oğludur. Hilal Əsəd Latakiya müdafiə qüvvələrinə komandanlıq edib. O, 2014-cü ilin martında terrorçuların ermənilərin kompakt yaşadığı Kəsab şəhərinə hücumunu dəf edərkən həlak olub.
Diaspora