Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov İŞİD terror qruplaşmasının sıralarında döyüşmüş çeçenlərin respublikaya girişinə qadağa qoyulacağını bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə o sosial şəbəkələrinin birindəki səhifəsində bildirib.
“Bu keçirilmiş iclasda biz qərara gəldik ki, İŞİD-i seçən şəxslərin Çeçenistana dönməsi üçün yol bağlı olmalıdır və olacaqda. Əgər onlar döyüşməyə qərar veriblərsə, qoy elə orada döyüşüb ölsünlər, Çeçenistana onlar lazım deyil”, deyə Kadırov bildirib.“Cəmiyyət nəinki Suriya və ya İraqa gedənləri, hətta o şeytanları daxilən dəstəkləyən hər kəsi qətiyyətlə pisləyir”, deyə o qeyd edib.
Çeçenistan rəhbərinin sözlərinə görə, respublikanı tərk edərək İŞİD-ə qoşulma halları kəskin azalaraq yox səviyyəsinə çatıb.