Əfqanıstanın Türkiyənin köməyinə ehtiyacı var - Taliban

Əfqanıstanın Türkiyənin köməyinə ehtiyacı var -  Taliban backend

Əfqanıstandakı müvəqqəti baş nazir müavini Mövləvi Əbdül Kəbir Türkiyənin Kabildəki səfiri Cihad Erginay ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Əbdül Kəbir Türkiyənin Əfqanıstana daha çox sərmayə qoymasını istədiklərini bildirib.

Əbdül Kəbirin sözlərinə görə, Əfqanıstanla Türkiyə arasında dostluq əlaqələri keçmiş illərə dayanır.

Səfir Cihad Erginay Türk Qızıl Aypara vasitəsilə ölkədə ehtiyacı olan ailələrə və qaçqınlara yardım etdiklərini və bu yardımın davam etdiyini vurğulayıb:

"Türk iş adamları Əfqanıstana sərmayə qoymaqda maraqlıdırlar və bəzi iş adamları yaxın həftələrdə Əfqanıstana səfər edəcəklər".

loading...
Diaspora