İndoneziyada fabrikdə baş vermiş yanğın nəticəsində həlak olanların sayı 25-ə çatıb

İndoneziyada fabrikdə baş vermiş yanğın nəticəsində həlak olanların sayı 25-ə çatıb backend

Cakartada kosmetik məhsullar istehsal edən yapon fabrikində avqustun 10-da baş vermiş yanğın nəticəsində həlak olanların sayı 25 nəfərə çatıb. Bu barədə fabrikin sahibi olan “Mandom” şirkəti məlumat yayıb.



Məlumatda bildirilir ki, fabrikin daha 30 işçisi hazırda müxtəlif dərəcəli yanğın xəsarəti ilə xəstəxanada yerləşdirilib. Yanğın nəticəsində işçilərdən beşi fabrikdə, qalanları isə xəstəxanada keçinib. Hadisənin səbəbləri barədə hələ məlumat verilmir.

Tanınmış “Mandom” dərman şirkəti Şərqi Yava əyalətində yerləşən bu fabrikə 36,76 milyon dollar sərmayə qoyaraq onu Asiya regionunda özünün əsas müəssisəsinə çevirmişdi.
Diaspora