Türkiyə ilə qardaşlıq istəyirik - Taliban

Türkiyə ilə qardaşlıq istəyirik -  Taliban backend

"Taliban bütün ölkələrlə, xüsusilə Türkiyə ilə xoş münasibətlər qurmaq istəyir".

Axar.az xəbər verir ki, bunu Talibanın mətbuat katibi Süheyl Şahin deyib.

“Türkiyə xalqı müsəlmandır və onlar bizim bacı-qardaşlamızdır. Türkiyə ilə çox yaxın əlaqələr qurmaq istəyirik”, - Şahin bildirib.

Onun sözlərinə görə, Taliban Ankara ilə bütün sahələrdə əməkdaşlığa çalışır:

“Biz təkcə möhkəm əlaqələr istəmirik, həm də istəyirik ki, aramızda qardaşlıq münasibətləri olsun”.

Şahin Türkiyə iş adamlarını Əfqanıstana gəlməyə və investisiya layihələrinə başlamağa çağırıb.

Diaspora