Koreya Xalq Demokratik Respublikasının yaranmasının 70 illik yubileyi və Koreya yarımadasının Yaponiyadan azad edilməsi şərəfinə ölkə hökuməti vətəndaşlara 310 yeni siyasi şüar hədiyyə edib.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Şimali Koreya rəhbərliyinin fikrincə, şüarlar xalqı yeni qəhrəmanlıqlara ruhlandırmalıdır.Şüarlardan bəziləri belədir: "Gəlin, dövlətimizi göbələklər ölkəsinə çevirək", "İdman oyunlarında aqressiv iştirak edin", "İstixanalarda tərəvəzləri fəal yetişdirin".
Şimali Koreya rəhbərliyi bu şüarlarla ölkənin iqtisadi və hərbi gücünü yaxşılaşdırmaq istəyir.