Dmitri Medvedev “Twitter”də 4 milyon oxucusuna təşəkkür edib

Dmitri Medvedev “Twitter”də 4 milyon oxucusuna təşəkkür edib backend

Rusiyanın baş naziri Dmitri Medvedev özünün “Twitter” sosial şəbəkəsindəki oxucularına təşəkkür edib.


İKT.lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya hökumətinin başçısı özünün sosial şəbəkəsində oxucularına “4 milyon oxucu. Göstərdiyiniz marağa görə çox sag olun!” sözlərini yazıb.

Belə bir bəyanatı o dünən verib.

Xatırladaq ki, D. Medvedev dünyada tanınmış “Twitter” sosial şəbəkəsində 2010-cu ilin iyun ayında akkaunt açıb. O, bunu “Twitter” baş gərargahına səfəri zaman edib. O zaman D. Medvedev Rusiyanın prezidenti idi.

Qeyd edək ki, 5 il ərzində D. Medvedev mindən artıq tvit yazıb.
Diaspora