Misirdə parlament seçkiləri bu ilin oktyabr-noyabr aylarında keçiriləcək

Misirdə parlament seçkiləri bu ilin oktyabr-noyabr aylarında keçiriləcək backend

“Al-Axram” qəzetinin Misirin Ali Seçki Komissiyasına istinadla yaydığı məlumata görə, ölkədə parlament (Xalq Məclisi) seçkiləri 2015-ci ilin oktyabr-noyabr aylarında keçiriləcək.



Nəşr qeyd edir ki, Ali Seçki Komissiyası artıq seçicilərin siyahısını dəqiqləşdirməyə başlayıb.

Xatırladaq ki, Misir parlamentinə seçkilər 2015-ci ilin yazında keçirilməli idi. Lakin bu proses Misirin seçkilər haqqında qanununa uyğun gəlməməsi səbəbindən təxirə salınıb və tamamlanmağa göndərilib. Avqustun əvvəlində qanuna müvafiq dəyişikliklər edilib və buna əsasən Misir Prezidenti Əbdülfəttah əs-Sisi səsvermənin tarixini təyin edə bilər.
Diaspora