Çexiyada qaçqınlar üçün yeni düşərgə açılacaq

Çexiyada qaçqınlar üçün yeni düşərgə açılacaq backend

Yaxın günlərdə Çexiyanın Ostrava diyarındakı Vışni Lqotı kəndində qaçqınlar üçün yeni düşərgə açılacaq.

Hazırda rayon mərkəzi Zastavka-u-Brno yaşayış məntəqəsində məskunlaşmış miqrantların bir hissəsi yeni düşərgəyə köçürüləcək. Daxili işlər nazirinin müavini İrji Novaçek bu barədə ölkə sakinlərinə məlumat verərək deyib: “Cümə axşamı biz həmin düşərgəyə yerli sakinlər üçün ekskursiya təşkil edəcəyik, cümə günü isə miqrantları oraya köçürəcəyik”.

İki həftə bundan əvvəl nəzərdə tutulurdu ki, Vışni Lqotadakı düşərgə bu il sentyabrın axırı – oktyabrın əvvəlində açılacaq, lakin qeyri-reqalların Çexiyaya axınının kəskin artması üzündən, ölkənin Daxili İşlər Nazirliyinin rəhbərliyi bu düşərgənin əvvəl nəzərdə tutulandan tez istifadəyə verilməsini qərara alıb. Yeni düşərgədə 220 nəfərin yaşaması nəzərdə tutulur.
Diaspora