"Gələn il koronavirusdan ölümlər azalacaq" - Bill Qeyts

"Gələn il koronavirusdan ölümlər azalacaq" -  Bill Qeyts  backend
Amerikanın “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts 2022-cu ildə koronavirusdan ölümlərin azalacağını açıqlayıb. AzVision.az xəbər verir ki, milyarder Sinqapurda keçirilən "Bloomberg"in tədbirində koronavirusla bağlı iddialar səsləndirib.

O, gələn ilin yayında infeksiyaya yoluxanların və ölənlərin sayının mövsümü qripdən xəstələnənlərdən az olacağını vurğulayıb.

Xəstələnərək və peyvənd olunaraq immunitet qazanan insanların çox olduğunu deyən Qeyts virusla mübarizədə dərmanların da istehsalının artmasının önəmli rol oynadığını deyib.
Diaspora