Ukrayna Radası Türkiyə ilə hərbi əməkdaşlıq barədə sənədi ratifikasiya etdi

Ukrayna Radası Türkiyə ilə hərbi əməkdaşlıq barədə sənədi  ratifikasiya etdi backend

Ukrayna Ali Radası cümə axşamı keçirilən iclasda Ukrayna və Türkiyə hökumətləri arasında hərbi çərçivədə imzalanmış sazişi ratifikasiya edib.

Müvafiq sənəd üçün minimum 226 səs tələbi olub. 303 parlamentari lehinə səs verib.

Müqavilə Ukrayna Prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı, 16 oktyabr 2020-ci ildə imzalanıb.

Sənəd müdafiə sahəsində Ukrayna-Türkiyə əməkdaşlığının 21 istiqamət üzrə genişləndirilməsi və dərinləşdirilməsi üçün hüquqi bazanın yaradılmasını nəzərdə tutur.

Ölkələr arasında əməkdaşlıq xüsusilə, hərbi təlim, təlimlərdə və birgə təlimlərdə qarşılıqlı iştirak, müdafiə sənayesi və hərbi məxfi məlumatların mübadiləsini əhatə edəcək. (oxu.az)

Mənbə: RİA Novosti

loading...
Diaspora