Avqustun 9-da gecə saatlarında Los-Anceles şəhərindən 20 kilometr cənubda özəl təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib.
AZƏRTAC TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli hüquq mühafizə orqanlarının nümayəndələri məlumat veriblər.
Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.