Türkiyədə qəzada xəsarət alan 2 rusiyalı turist bu gün xəstəxanadan ayrılacaq

Türkiyədə qəzada xəsarət alan 2 rusiyalı turist bu gün xəstəxanadan ayrılacaq backend

Avqustun 6-ı Türkiyənin Dənizli vilayətində baş verən yol qəzası zamanı xəsarət alan rusiyalı turistlər istirahətlərini davam etdirmək üçün hotellərinə qayıdırlar. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat attaşesi vəzifəsini müvəqqəti icra edən Aleksandr Leşukov bildirib.


Diplomat qeyd edib ki, vəziyyəti ağır kimi qiymətləndirilən 2 rusiyalı turist bu gün xəstəxanadan ayrılacaq: “Xəsarət alan digər turistlər də müalicələrini başa vurub, tədricən hotellərinə geri qayıdırlar. Hazırda rusiyalı turistlərdən heç kim tibbi sığorta xidməti ilə bağlı hər hansı problem barədə şikayət etməyib”.

Xatırladaq ki, Dənizlidə baş verən yol qəzası nəticəsində 38 nəfər xəsarət alıb, 3 Rusiya vətəndaşı həlak olmuşdu. Yaralananların arasında Belarus, Qazaxıstan, Litva vətəndaşları da olub. Onlardan 27-i Rusiya vətəndaşıdır.
Diaspora