Türkiyənin Sarıyer şəhərindəki ABŞ konsulluğunun binasına naməlum şəxslər tərəfindən silahlı hücum olub.
QAZİLER.AZ saytının Trend-ə istinadən verdiyi məlumata əsasən, hücum edənlərdən biri kişi, digəri qadın olub.
Bölgədə geniş miqyaslı əməliyyat keçirilib. Ərazidə çoxlu sayda təcili yardım maşınlarının olduğu bildirilir.
Hadisədən sonra konsulluğun binasında bomba axtarışı ilə bağlı əməliyyat keçirilib.